MPK-nın yeni loqosu, VİDEO

 MPK-nın yeni loqosu, VİDEO
İ.Rəhimov "Yenilməzlər"in yaradıcı kollektivi ilə görüşüb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yeni loqosu təqdim edilib.

Komitənin prezidenti İlqar Rəhimov yeni loqo haqqında məlumat verib.

O qeyd edib ki, "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatı üçün hazırlanan loqotip bundan sonra komitənin də loqosu olacaq. Mərkəzdən yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu özündə əks etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissəsində Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvoludur. Loqotipin ikinci hissəsi zəfəri, qələbəni, uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat simvoludur. Üçüncü hissədə isə əlil arabasında hərəkət edən paralimpiyaçı uğurlu gələcək simvoludur.

Tədbirdə həmçinin bugünlərdə reallaşan "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatının yaradıcı kollektivi ilə də görüş keçirilib. Komitə porezidenti bu cür tədbirlərin gələcəkdə regionlarda da təşkil ediləcəyini vurğulayıb. Sonda yaradıcı heyətin üzvlərinə təşəkkürnamələr təqdim olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə