“Azərbaycan etibarlı tərəfdaşımızdır“ - EKSKLÜZİV MÜSAHİBƏ, VİDEO

“Azərbaycan etibarlı tərəfdaşımızdır“ - EKSKLÜZİV MÜSAHİBƏ, VİDEO
D.Savelyev: "M.Əliyevanın Forumda iştirakı onun əhəmiyyətini göstərir"

"Azərbaycan Rusiyanın Qafqazada ən etibarlı, deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır".

Bu sözləri Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev REAL-a açıqlamasında deyib.

"Görürük ki, ildən ilə ölkələrimizi sıx əlaqələr birləşdirir. Son bir neçə ildə bütün sahələr üzrə - iqtisadiyyat, siyasət, mədəniyyət sferasında əlaqələrin, xüsusilə, sıx şəkildə inkişaf etdiyini müşahidə edirik. Yeri gəlmişkən, möhtəşəm Mehriban xanımın bu Foruma ziyarəti forumun səviyyəsini, əhəmiyyətini göstərir. Bilirik ki, onlar sabah Valentina İvanova ilə birgə forumda iştirak edəcəklər ki, bu da Azərbaycanın Rusiya üçün xüsusi əhəmiyyətini vurğulayacaq. Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı, hətta, deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır. Moskvada belə bir forumun keçirilməsi bizim üçün vacibdir. Bununla belə bütün sahələr üzrə daha çox tədbirin keçirimləsini istərdik. Məlum olduğu kimi nəqliyyat forumu baş tutdu. Azərbaycan da orada iştirak etdi. Turizm üzrə panellər oldu. Yeri gəlmişkən turizm çox vacib sahədir. Rusiyalılar Azərbaycanı hər nə qədər çox ziyarət etsələr, onu o qədər çox sevəcəklər. Belə bir rus atalar sözü var: Yüz dəfə eşitməkdən bir dəfə görmək yaxşıdır. Bircə dəfə Azərbaycanda olmuş rusiyalılar növbəti dəfə ora həvəslə gedirlər. Bu, çox vacibdir. Yerli gəlmişkən turist axını da ildən ilə artır."

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə