“Forumun əhəmiyyəti böyükdür“ - VİDEO

“Forumun əhəmiyyəti böyükdür“ - VİDEO
Mixail Zabelin Azərbaycan-Rusiya əlaqələrindən danışdı

Ümumrusiya Azərbaycan Konqresi ilə Azərbaycanın Rusiyadakı ictimaiyyəti arasında əməkdaşlığa dair razılaşma imzalanıb. Biz uğurla müxtəlif fəaliyyət formalarında əməkdaşlıq etmişik.

Bunu REAL TV-ya müsahibsində Azərbaycan Rus İcmasının rəhbəri Millət vəkili Mixail Zabelin bildirib

"Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın səfəri çərçivəsində baş tutub. Bu, özü də əlamətdar və vacib hadisədir. Rusiya tərəfindən Ümumrusiya Azərbaycan Konqresi ləğv edildikdən sonra bu əlaqələrin səviyyəsi düşdü. Lakin, eyni zamanda, gördüyünüz kimi indi Azərbaycan diasporunun rəhbəri də burdadır. Onunla necə ünsiyyət qurduğumuzu gördünüz. İndiyə qədər də, xüsusilə, ictimai və humanitar sferada işgüzar əlaqələrimiz qalmaqdadır. Ona görə düşünürəm ki, Rusiya Azərbaycan Konqresini bərpa etməsək də, vaxt gələcək özünü yeni keyfiyyətdə təqdim edəcək yeni bir təşkilatı qeydiyyatdan keçirəcəyik. Və bu, təbii ki, Rusiya ictimaiyyəti ilə əlaqələri yaxşılaşdıracaq, Rusiyadakı Azərbaycan diasporunun möhkəm təməlini təşkil edəcək.Rus dili və mədəniyyətinin Azərbaycanda qorunması məsələsində Mariya Zaxarovaya deyil, Vladimir Putinin özünə istinad etmək istərdim. O, Azərbaycanda keçirilən forumda Prezident İlham Əliyevlə yanaşı oturmuşdu və çıxışı zamanı rus dilinin Azərbaycanda möhkəm mövqe tutması, inkişafı və əhəmiyyətini itirməməsinə görə İlham Əliyevə minnətdarlığını bildirdi. Prezidentimiz İlham Əliyev Rusiyanın 24 telekanalına müsahibəsində dedi ki, rus dilinin Azərbaycanda işlənməsi nəinki dövrün tələbi, eyni zamanda, insanlarımızın ümumi maraqları ilə bağlıdır. Və dedi ki, əgər Azərbaycan əhalisi rus, ingilis və digər dillərdə danışarsa, bu xalqın zənginliyinə, intellektual inkişafına yatırılan sərmayə olar. Ona görə mən, əlbəttə, həm respublikamızın prezidentinə, həm tolerant, multikultural dəyərlərə və Azərbaycanda yaşayan bütün millətlərə dərin təəssübkeşliklə yanaşan xalqımıza rus dilinin və Azərbaycanda olan bütün millətlərin şəxsiyyətini, milli maraqlarını, adət-ənənəsini, mədəniyyətini qoruduğuna görə minnətdarlığımı bildirmək istəyirəm."

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə