“Sənə hekayəmi danışmaq istəyirəm“ - VİDEO

“Sənə hekayəmi danışmaq istəyirəm“ - VİDEO
“Azərbaycan muzeylərində audio-bələdçi”

Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova və başqa qonaqlar iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə nəhayət Azərbaycan muzeylərinin müasir texnoloji avadanlıqlarla təmin olunduğunu diqqətə çatdırıb.

Həmçinin qeyd edib ki, bu layihə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə baş tutub. Layihə çərçivəsində dünyanın ən aparıcı şirkətlərindən biri olan "Orpheo Group" ilə əməkdaşlıq etdikilərini bildirib.

Ə.Qarayevin sözlərinə görə, Nazirliyin növbəti illərdə strategiyalarından biri Azərbaycan mədəniyyətinin müasir texnologiyalar vasitəsilə dünyaya çıxarılması və dünya mədəniyyətinin ölkəmizə gətirilməsidi.

Daha sonra qonaqlara “Azərbaycan muzeylərində audio-bələdçi” layihəsi haqqında geniş məlumat verib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə