"Aydın" tamaşası rus dilində - VİDEO

Cəfər Cabbarlı həftəsi premyera ilə başladı

Səməd Vurğun adına Azərbaycan Dövlət Dramatik Rus Dram teatrında görkəmlli azərbaycan dramaturqu, şair Cəfər Cabbarlının 120 illiyinə həsr olunan Cəfər Cabbarlı həftəsinin açılış mərasimi oldu.

Həftə Cəfər Cabbarlının "Aydın" əsəri əsasında hazırlanan "Sevgiyə görə bağışla (Aydın)" adlı tamamaşanın premyerası ilə başladı.

Rus dilinə tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar elm xadimi Əziz Şərif tərəfindən tərcümə olunmuş dram əsəri 2 pərdədə oldu.

Tamaşanın qurulşçu rejissoru Azərbaycan Xalq artisti İranə Tağızadədir.

O bildirdi ki, Cəfər Cabbarlının 100 il əvvəl yazdığı əsəri səhnələşdirmək onun üçün böyük bir qürurdur.

"Bu əsər 100 il əvvəl Cəfər Cabbarlının hələ 20 yaşı olanda yazılıb. Lakin əsər hələ də öz aktuallığını istirməyib. Tamaşaya çoxlu sayda cavan və istedadlı aktyorlar cəlb olunub. Bu gün bizdə anşlaqdır, çoxlu qonaq və izləyicilərimiz var. Fikirmcə, bu tamaşa insanların ürəklərində xüsusi yer alacaq, çünki əsər qurbanlıq tələb edən sevgi haqqındadır".

Tamaşanın əsas rollarında Murad Məmmədov, Xəcər Ağayeva, Teymur Rəhimov, Murad İsmayılov, Yeganə Hüseynli, Yaroslav Trifonov, Azərbaycan Xalq artisti Salman Bayramov ifa etdilər.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

Bununla bağlı 23-30 noyabr il tarixlərində həftə çərçivəsində ölkəmizin müxtəlif teatrlarında Cəfər Cabbarlıya həsr olunmus tamaşalar nümayiş olunacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə