V.Eyvazov vətəndaşları qəbul edib - VİDEO

V.Eyvazov vətəndaşları qəbul edib - VİDEO
Qəbul Sumqayıt şəhərində təşkil olunub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov polisin fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar Sumqayıta səfəri çərçivəsində Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsində də olub.

General-polkovnik V.Eyvazov nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.

Sonra sıra meydanında düzülmüş şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib.

Hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verən nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Sonda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə