"Cəfər Cabbarlı Həftəsi" başa çatıb - VİDEO

"Yaşar" pyesi əsasında hazırlanmış tamaşa səhnələşdirilib

Böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi şərəfinə təşkil olunan "Cəfər Cabbarlı həftəsi" başa çatıb. "Cəfər Cabbarlı həftəsi" nin növbəti təqdimatı

Akademik Milli Dram Teatrıda olub.Cəfər Cabbarlının "Yaşar" pyesi əsasında hazırlanan eyni adlı tamaşa sənətsevərlərə təqdim edilib.

Tamaşanın bədii rəhbəri Azərpaşa Nemətov,rejisorları Mehman Fətullayev və Emil Əskərovdu.

Tamaşada əməkdar artistlər Elnaz Qarayev,Rəşad Bəxtiyarov , aktyor Cavidan Novruzov ,əməkdar artist Məsmə Aslanqızı və digər tanınımış aktyorlar çıxış ediblər.

Pyes əsas qəhrəmanın adı ilə "Yaşar" adlandırılıb.

"Yaşar"dakı obrazlar , müsbət və mənfi olmalarından aslı olmayaraq dövrünün özü qədər real və canlıdır.

Qeyd edək ki,müəllif "Yaşar" pyesini 1932-ci ildə tamamlayıb və həmin ildə də səhnəyə qoyulub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə