25-ci yubiley “Bakutel” sərgisi VİDEO, YENİLƏNİB

25-ci yubiley “Bakutel” sərgisi VİDEO, YENİLƏNİB
Sərgi dekabrın 3-dən 6-dək davam edəcək

“Yüksək Texnologiyalar Həftəsi”nə start verərək 3-6 dekabr tarixlərində 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar “Bakutel” Sərgisi keçiriləcək. Sərgi 25 illik yubileyini yeni brend və formatda təntənəli şəkildə qeyd edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiayalar nazirinin müavini Elmir Vəlizadə, İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli REAL-ın canlı yayımında bu barədə ətraflı məlumat verib.

25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.

Yubiley sərgi dünyanın 23 ölkəsini təmsil edən 238 şirkəti bir araya gətirir. Sərgi iştirakçılarının arasında Azərbaycan şirkətləri ilə yanaşı Çin, Finlandiya, İsveçrə, Ukrayna və bir sıra digər ölkələrdən şirkətlər yer alır. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ (4), Belarus (6), Fransa (2), İran (16), İsrail (3), İtaliya (4), Rusiya, Sloveniya, Türkiyə (3), Xorvatiya (6) və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər.

Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel TechTalks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Bu unikal platforma sənayenin aktual mövzularını qaldırmağa, sənaye mütəxəssislərinə innovativ məzmun təqdim etməyə imkan verəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə