Yanğın 12 evi yararsız hala salıb - VİDEO

Yanğın 12 evi yararsız hala salıb - VİDEO
Yataqxana sakinləri kirayə evlərlə təmin olunacaq

Ötən gün paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsinin Emin Quliyev küçəsində yerləşən 1 saylı yataqxanada baş verən yanğın zamanı yanan mənzilin eyvanında asılı vəziyyətdə qalmış Təranə xanım və onun oğlunun həyatını ərazi üzrə xidmət aparan Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinin polis sahə inspektoru polis baş leytenantı Ariz Gülməmmədov öz həyatı bahasına xilas edib.

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın beşinci mərtəbəsində baş verib. Tüstüdən boğulma təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından FHN-nin xüsusi texnikasından istifadə etməklə xilas edilib. Ümumilikdə 12 ev baş verən yanğından yararsız hala düşüb, 7 nəfər tüstüdən zəhərlənmə və yüngül yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Yanğın nəticəsində bir evin iki otağı tamamilə yanaraq külə dönüb, qonşuluqda olan digər evlərə isə ciddi ziyan dəyib.

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədrinin müavini Fuad Hüseynov bildirir ki, yataqxanada həm məcburi köçkün ailələri, həm də yerli sakinlər məskunlaşıblar.

Fuad Hüseynov bildirir ki, mənzillərin təmirinə yaxın günlərdə başlanılacaq.

Xatırladaq ki, ötən gün Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 1 saylı Nəriman Neft yataqxanasının beşinci mərtəbəsində 12:30 radələrində yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadalarının yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın qısa müddət ərzində lokallaşdırılaraq qarşısı alınıb.

Hadisə nəticəsində tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan 7 nəfər artıq tibbi yardım göstərilərək evlərinə buraxılıblar.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə