Prezident: Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq

Prezident: Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq

Prezident İlham Əliyev həftəsonu Prezident Administrasiyasında aparılan islahatlardan danışıb.

REAL xəbər verir ki, dövlət başçısı sabiq şöbə müdiri  Dilarə Seyidzadə ilə görüşdə kadr dəyişiklikləri ilə bağlı mühüm açıqlama verib:

"Keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər".

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə