Fermerlərə xəbərdarlıq - VİDEO

Fermerlərə xəbərdarlıq - VİDEO
Əkdiyi məhsulu bəyan etməyənlər subsidiya ala bilməyəcək

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi fermerlərə bir çox yeni üstünlüklər verəcək.

Fermerlər aqrar sahəyə dövlət dəstəyindən yararlanmaq üçün yeni sistemdə qeydiyyatdan keçməkdə daha çox aktivlik nümayiş etdirməlidir. Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminində qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaratmış fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesi başlayıb. Kənd təsərrüfatı istehsalçıları hansı məhsulu əkdiklərini bəyan etməklə 2020-ci ildən elektron sistem üzərindən subsidiya almağı təmin etmiş olacaqlar.

Bu fikirlər Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin Xaçmaz rayon icra hakimiyyətində yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, şəhər ictimaiyyəti ilə keçirdiyi görüşdə səsləndirilib. Nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.

Bununla subsidiyaların verilməsində elektron xidmətə keçidin başlayacağını deyən İlham Quliyev il ərzində 350 mindən artıq fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminində şəxsi kabinet yaratdığını, 100 mindən artıq fermerin isə payızlıq əkinləri bəyan etdiyini bildirib.

Prosesi sürətləndirmək üçün nazirlik rəsmilərinin rayonlarda silsilə görüşlər keçirdiyini xatırladan nazir müavini bildirib ki, görüşlərin keçirilməsində məqsəd yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparmaqdır.

Nazir müavini yeni subsidiya mexanizmi, Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallar, subisdiyaların kənd təsərrüfatının inkişafının stimullaşdırılmasında oynadığı rol, rayonların aqrar sahə üzrə ixtisaslaşması istiqamətində atılna addımlar barədə iştirakçılara məlumat verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə