Baş Nazir 2020 il üçün Novruz, Ramazan və Qurban bayramları ilə bağlı sərəncam imzalayıb

Baş Nazir 2020 il üçün Novruz, Ramazan və Qurban bayramları ilə bağlı sərəncam imzalayıb

Gələn il üçün Novruz , Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb.

REAL-ın xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə