“SOCAR Türkiyə”də yeni inteqrasiya - FOTO

“SOCAR Türkiyə”də yeni inteqrasiya - FOTO
1 il sürən inteqrasiya müddəti noyabrın 1-də başa çatıb

SOCAR Türkiyə-də təxminən 1 il sürən inteqrasiya müddəti 2019-cu il noyabrın 1-də başa çatıb.

“SOCAR Türkiyə”nin investisiya yarımadasına çevrilən Əliağa yarımadasındakı qrup şirkətləri - "Petkim", STAR neft emalı zavodu, "SOCAR Türkiyə" yanacaq saxlama və "SOCAR Türkiyə" enerji paylayıcısının iştirakı ilə SOCAR Türkiyə Emal və  Neft Kimyası Direktorluğu nəzdində toplanıb.

Rəhbərliyə "Petkim"in baş direktoru Anar Məmmədov gətirilib.
 
SOCAR Türkiyədəki bütün istehsalat fəaliyyətlərinin səmərəliliyindən məhsul olan digər rəhbərlik də “əməliyyat mükəməlliyi” modeli üçün yaradılıb.

Dayanıqlı inkişafda, əmək gücü prosesləri və texnologiyanı səmərəli istifadə qabiliyyətinə sahib, idarəçidən istehsalçıya qədər bütün mərhələləri əhatə edən əməliyyat mükəmməlliyi modelini bütün şirkətlərinə şamil edən "SOCAR Türkiyə" bu çərçivədəki fəaliyyəti SOCAR Türkiyə Əməliyyat Mükəmməliyi Direktorluğu adı altında həyata keçirməyi qərara alıb.

STAR neft emal zavodunun baş direktoru Məsud İlter "SOCAR Türkiyə" Əməliyyat Mükəmməlliyi Direktoru vəzifəsinə gətirilib.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə