Oğuzun edam kötükləri - VİDEO

Oğuzun edam kötükləri - VİDEO
ETSN-dən deyirlər ki, vəziyyət hələ xeyli düzəlib

Bura Oğuzun Xalxal meşəsidir. Bu başı kəsik gözəl kötüklər hansısa əməli çirkinlərin əl işidir. Bu kadraları qaynar xəttimizə Oğuzda məskunlaşan Xocalının Meşəli kənd sakini göndərib. Məzahir Vəliyev.

Oğuz meşələri üçün xarakterik olan xüsusilə üç cür ağac var. Fıstıq, vələs və palıd. Bu 3 ağac cinsindən ibarət meşələr rayon meşələrinin demək olar ki, 95 %-nə bərabərdir. Amma bu Oğuz haqqında rəsmi məlumatlarda belədir. Real vəziyyət isə başqa şey deyir. Oğuz meşələri İllərdir ki, qırılır. Bəs bu ağacları qıranlar kimlərdir? Bu kadrların müəllifinin sözlərinə inansaq, ağacları qorumalı olan şəxslər.

Vətəndaş deyir ki, faktla bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub yazıb. Amma nəticə yoxdur.

Ekologiya və təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov isə deyir ki, Məzahir Vəliyev öz əməllərini ört basdır etmək üçün belə bir addım atıb. Əslində meşələrin qənimi bu adamalr özləridir.

Nazirlik rəsmisi onu da bildirdi ki, görülən tədbirlər nəticəsində vəziyyət əvvəlki illərlə müqayisədə xeyli düzəlib.

Xatırladaq ki, Oğuz meşələrinin qırılması faktı illərdir ki, mətbuatın gündəmindədir. Dəfələrlə meşələrin mühafizəsi və bərpası idarəsinin rəhbərliyi dəyişsə də problem dəyişməz olaraq qalır. Oğuz meşələri hansısa işbazlar üçün asan gəlir mənbəyidir. Qeyd edək ki, bu gün Oğuz rayonunun 89 , 1 faizi qazlaşdırılıb. Yəni, meşələrin qırılması odun-ocaq təyinatından demək olar ki çıxıb, meşələr daha gəlirli işlər üçün qırılır. Hər halda, çox iyrənc missiyadır. Həm də təhlükəli. Meşələrin qırılması bəşəriyyətin özünə qəbir qazmasıdır. Nə yazıq ki, bunu dərk etməyən odunlarla bir dünyanı bölüşürük.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə