Çinli gənclərin Azərbaycana marağı - VİDEOREPORTAJ

Çinli gənclərin Azərbaycana marağı - VİDEOREPORTAJ
PXDU-da Azərbaycan dili üzrə kadrlar hazırlanır

Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü Çinin qədim İpək yolu üzərində yerləşən ölkələr ilə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün impuls oldu. Həmin təşəbbüs çərçivəsində ölkənin müxtəlif qurumlarına İpək yolu dövlətləri ilə əlaqələrin daha da dərinləşməsi istiqamətində əməli işlər görülməsi barədə tapşırıq verilib.

Çin Təhsil Nazirliyi bu istiqamətdə kadr təminatını həyata keçirmək üçün bir neçə xarici dilin, o cümlədən Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisinin təşkilinə qərar verib. İlkin mərhələdə 3-cü xarici dil kimi tədris olunan Azərbaycan dili dərslərindən ümumilikdə 42 tələbə iştirak edib. Ötən ildən isə Çin üzrə ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanında müvafiq bal yığan 10 abituriyent Azərbaycan dilini ixtisas olaraq seçib. Beləliklə, təkcə Çində deyil, bütün Asiyada Azərbaycan dili üzrə ilk dəfə Pekin Xarici Dillər Universitteində kadrların hazırlanmasına başlanılıb.

Tədrsi proqramına Azərbaycan dilinin əsasları, şifahi Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, tarixi, oxu və dinləmə dəsrləri daxildir. Artıq 2-ci kursda oxuyan tələbələr Azərbaycan dilini həvəslə mənimsəyirlər. Onlar hətta özləri üçün Azərbaycan adları da seçiblər.

Universitetin Asiya fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kafedrası dilin tədrisinin təşkili üçün Azərbaycanın ali təhsil və elm ocaqları ilə sıx əməkdaşlıq edir.

Azərbaycan dili kafedrası Azərbaycan dilinin tədrisi ilə yanaşı, Çində elmi dairələrdə Azərbaycanın tanıdılması üçün səylə çalışır. Bura eımi tədqiqatların aparılması, müxtəlif nəşrlərin buraxılması, təqdimatların keçirilməsi daxildir.

Əminliklə deyə bilərik, Pekin Xarici Dillər Universitetini bitirən bu 10 tələbə gələcəkdə iki ölkə arasında müxtəlif sahəlrədə əlaqələrin dərinləşməsi işinə öz dil bilikəri ilə töhfə verəcəklər.

REAL-ın ASİYA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər