Başımıza haranın qarını tökək?

Başımıza haranın qarını tökək?
Braxnerə ümid olan...

Fevralın 9-u Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya Oyunları start götürəcək. Elə biz də 1 nəfərdən ibarət Azərbaycan yığması olaraq start xəttinə çıxacağıq. Bəyaz Olimpiadada bayrağımızı avstriyalı Patrik Braxner daşıyacaq. O Patrik ki 2014-cü ildə keçirilmiş Soçi Olimpiadasında da “ya mədəd” deyib başlamış, amma finişə çata bilməmişdi. Braxner haqqında birazdan.   

Yumşaq desək qış idman növləri Azərbaycanda inkişaf etməyib. Qarın yumşaq olmasına öyrəncəliyik. Bizim isə yumşaq yerimiz yoxdu. Bir tərəfdən baxanda nə vaxt cəhd etdik ki? Daha doğrusu bu mövzu ancaq olimpiada ərəfəsində yada düşür. Əslində bizim güvəndiyimiz dağlara da qar yağır və istəsək bu dağlarda sürüşmək olar. Dağlıq rayonlarımızın əksəriyyətində (Başda Şahdağ olmaqla) qış idman növlərinin inkişafına şərait var. Paytaxtda isə fiqurlu konkisürmə bazasını rahatlıqla yaratmaq olardı. Məgər biz cəhd etdik, alınmadı? Bəyəm, bizi qışa bağlayan təkcə A4 formatlı kağızda yazılan “Xaş var” söz birləşməsidir?

Necə olur ki, qarın nə olduğunu bilməyən Nigeriya “bobsley”çiləri Pxençxanda buz üzərinə çıxır? Madaqaskar idmançısı isə dağ xizəyi növündə yarışacaq. Başımıza haranın qarını tökək?

Qayıdıram Patrik Braxner söhbətinə. 2010-cu ildən Azərbaycan bayrağı altında çıxış edən Patrik 2013-cü ildə Avstriyanın Şladminq şəhərində keçirilmiş dünya çempionatında 37-ci olub. İdmançımız 2014-cü ildə Soçidə keçirilmiş olimpiadada nəhəng slalom yarışında finiş xəttinə çata bilməmişdi. Hazırda Avstriyanın heyətində dünyanın 1 nömrəsi Marsel Hirşer, Matias Mayer, Romed Baumann, Manuel Feller kimi idmançılar var. Yəni elə bilməyin ki, Braxner onlar üçün itkidir. İxtisasça mühəndis olan Patrik adını çəkdiyim “əjdaha”ların əhatəsində heç nəyə iddia etmir.

Braxnerin internetə yerləşdirilmiş nadir videolarından birinə baxanda “Uşaq və buz” şerinə görə dahi Sabirə rəhmət oxuyursan.

Yeri gəlmişkən yanvarın 29-u kiçik çillə girəcək. Heç gör avstriyalıların ağlına gələr?

Mehman Rəsulov

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə