Yaşın Kamal Abdulla zirvəsi - VİDEO

Yaşın Kamal Abdulla zirvəsi - VİDEO
Kamal Abdullanın 69 yaşı tamam olur

Azərbaycanın ən böyük dilçi alimi, yazıçısı, ictimai xadimi Kamal Abdulla bu gün 69 yaşını qeyd edir.

Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri, Dillər Universitetinin rektoru və saydıqca bitməyəcək qədər titulların sahibidir Kamal Abdulla.

Amma məncə onun da ən başlıca vəzifəsi qələmin vəzifəsidir. Və bu adın dərhal sadə azərbaycanlıya ötürdüyü mesaj bir yazı pozu adamı mesajıdır..

“Kamal Abdulla çağdaş Azərbaycan nəsrinin təhkiyə resurslarını dəyişən ən cəsarətli və ciddi islahatçıdır”. BUnu Kamal Abdulla yaradıcılığını təhlil edən tənqidçilərdən biri deyib. Amma mən bir həmkarımın Bakı Slavyan Universitetinin rektoru olduğu illərdə kamal Abdullanın tələbəsi olmuş bir jurnalistin xatirəsi əsasında onun insan kimi portretini də cızmaq istəyirəm. Yazır ki, kamal müəllimin yanına həmişə elə gedərdik ki, sanki tələbə rektorun yanına yox, ərköyün uşaq atasının yanına şikayətə gedir.

Bir sözü vardı. Mən müəllimi tələbənin, tələbəni də müəllimin ayağına verməyəcəm. Vermirdi də.

Bu gün də Kamal Abdulla Dillər Universitetinin rektorudur. Yəqin ki, o səmimi mühiti orda da yaradıb. Eynən əsərlərində yaratdığı kimi.

Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər.
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.

Siz də illərin sizə bağışladığı təmkini, müdrikliyi və ən başlıcası ədalət prinsipini heç vaxt itirmiyəsiz Kamal Abdulla.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə