Könüllülərin günü - VİDEO

Könüllülərin günü - VİDEO
Azərbaycan qran-prisi üçün könüllülərin qeydiyyatı start götürüb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 üzrə Azərbaycan Qran Prisinə 2020-ci il mövsümü üçün könüllülərin qeydiyyatına başlanıb. Qurum, həmçinin “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibəti ilə könüllüləri Pit binasında yerləşən Paddok Klubda bir araya gətirib. Burada BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, həmçinin bir sıra müxtəlif qurumların rəsmi nümayəndələri karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər. Tərdbirə 200-ə yaxın könüllü qoşulub.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisinin növbəti mövsümü gələn il iyunun 5-i 7-si aralığında reallaşacaq. Bakıda 5-ci dəfə keçiriləcək yarış üçün 3 min könüllünün cəlb olunması nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər