Prezident İlham Əliyev Şamaxıda səfərdədir

Prezident İlham Əliyev Şamaxıda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gedib.

REAL xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər