Tarixə real baxış - VİDEO

Tarixə real baxış - VİDEO
Milli Ensiklopediyanın Vikipediya ilə əvəzlənməsi müzakirə mövzusudur

Rusiya Prezidenti Vladimir Putin Rusiyadakı Vikipediyanı elektron formada yeni Böyük Rusiya Ensiklopediyası ilə əvəz etməyi təklif edib. O, təklifini əvəzlənmə baş tutacağı təqdirdə bunun müasir formada daha etibarlı mənbə olacağı ilə əsaslandırıb. Qeyd edim ki, bu məsələ son aylar qonşu ölkənin gündəmindən düşmür. Hətta növbəti illərin büdcəsindən rusca Vikipediyanın analoqunun yaradılması üçün müvafiq subsidiyanın ayrılması da gözlənilir. Xatırladım ki, Real tv olaraq bir müddət əvvəl Azərbaycan reallığı ilə vikipediyadakı məlumatların ziddiyyət təşkil etməsiylə bağlı həyəcan təbili çalmışdıq. Ümumiyyətlə. yazılı mənbələrin internet resurslarına uduzduğu bir dövrdə vikipediya kimi açıq ensiklopediyadan gələn təhlükə cəmiyyətdə hər kəsi narahat etməlidir. Vikipediyanın etibarlı mənbə sayılmamasına baxmayaraq xüsusi ilə informasiya müharibəsinin getdiyi bir vaxtda tarixi faktlara əl uzatmaq yaxşı heç nə vəd etmir.

Narahatlığa əsas ondan ibarətdir ki, vikipediyada yer alan məlumatlarla tarixi faktlar arasında böyük uyğunsuzluq var və ən pis olanı Azərbaycanın tarixində adı necə deyərlər qara hərflərlə yazılmış adamlara qarşı vikipediya şəxsiyyətə pərəstişin hiss olunmasıdır. Başqa sözlə belə şəxslər qəhrəmanlaşdırılır,onalrın siyasi riyəkarlığından daha çox necə əldə etdikləri belə şübhə doğuran elmi dərəcələri, titullarından bəhs edilir. Eyni ziddiyyət tarixi hadisələr, şəhərlər haqqında da keçərlidir. Təkcə Qarabağ həqiqətləri haqqında vikipediyada rus və ingilis dillərində axtarış vermək kifayət edir ki, real mənzərəni öz gözlərinizlə görəsiniz. Görünən həm də odur ki, belə olan halda vikipediyanın Milli ensiklopediya ilə əvəzlənməsi daha doğru seçimdir. Çünki prezident İlham Əliyev Azərbaycan xalqının həya­tında baş vermiş ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirəlməsinə hər zaman həssas yanaşıb və bu məqsədlə yeni ensiklopediyanın hazırlanması haqqında 2004-cü il 12 yanvar tarixində sərəncam imzalayıb. prezident sərəncamın icrasına xüsusi diqqət göstərib, hətta Milli ensiklopediyanın redaksiya ilə ilk görüşündə nəşriyyat poliqrafiya birliyinin baş direktoru İsmayıl Vəliyevi azərbaycana qarşı satqınlıqda ittitaham olunan ölkənin keçmiş rəhbəri Əbdürrəhman Vəzirovun riyakarlığından dah çox siyasi fəaliyyətinə ensiklopediyada geniş yer verdiyi üçün onu sərt tənqid etmiş hətta iclasdan qovmuşdu. Doğrudur vikipediyada yerləşdirələn məlunatlara görə bu gün heç kim məsuliyyət daşımır. Amma vəziyyət təxminən eynidir. Tariximiz göz görə-görə saxtalaşdırılır. Baxmayaraq ki, ölkənin birinci şəxsi bunun yolverilməz olduğunu dəfələrlə bəyan edib. Xüsusi ilə gənc nəslin xüsusi ilə müstəqillik dövrü tariximizin dəqiq öyrənilməsini tövsiyə edib

Texnologiya əsrini yaşadığımız bir vaxtda indi kitabxana zallarında araşdırma aparmağa nəinki auditoriyadakı tələbə,heç sinif otağındakı müəlllimlər də maraq göstərmir. Bu mənada milli ensiklopediyanın elektron versiyasının vikipediyaya alternativ kimi yaradılması çox məntiqli və lazımlı ola bilər.

Tarixini bilməyən xalq tarix yaza bilməz deyiblər. Onu yazmaq isə həvəs yox, məsuliyyət tələb edir. Fərqi yoxdur zaman onu kağıza və ya bilgisayara köçürməyi diqtə edir. Mövzuya qayıdacağıq.

Digər xəbərlər
Bu gün
Dünən