Bakıda TRACECA Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir - YENİLƏNİB, FOTO

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir - YENİLƏNİB, FOTO

Bakıda "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası keçirilir.

REAL TV-nin məlumatına görə tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki,gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin illik yükgötürmə qabiliyyəti 15 mln. tondan artıq olacaq.

Onun sözlərinə görə, BTQ ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayır və oynayacaq. 

Hazırda sözügedən dəmir yolu xəttinin yükgötürmə qabiliyyəti 6 mln. ton, sərnişingötürmə qabiliyyəti isə 1 mln. nəfər təşkil edir.

Qeyd edək ki, tədbirlərdə TRASEKA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

10:35

***

Tədbirdə TRACECA-ya 13 üzv və 2 müşahidəçi  ölkənin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbirdə ötən dövrdə görülən işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.

Qeyd edək ki iclasın sonunda Bakı Bəyannaməsi qəbul ediləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə