Bakıətrafı qəsəbələrdə avtobuslar kart sisteminə nə vaxt keçəcək? - RƏSMİ AÇIQLAMA, VİDEO

Bakıətrafı qəsəbələrdə avtobuslar kart sisteminə nə vaxt keçəcək? - RƏSMİ AÇIQLAMA, VİDEO

Bakıətrafı qəsəbələrdə avtobuslar kartla deyil, nağd ödəniş sistemi vasitəsilə fəaliyyət göstərir. 

Bakıətrafı qəsəbələrdə avtobusların kart sisteminə nə vaxt keçəcəyi barədə BNA-nın Nəqliyyat İinfrastrukturunun Təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə məlumat  verib.

O bildirib ki, bu gün Bakı şəhərində 2000-dən çox avtobus var və bu avtobusların 500 ədədində kart sistemi var: "Bu gün Bakı Nəqliyyat Agentliyi 2 istiqamətdə iş aparır. Mərkəzləşmiş dispeçer sisteminin formalaşması üçün 2 istiqamətdə iş aparırıq. Birinci istiqamət Bakı şəhərində olan hazırda fəaliyyət göstərən avtobusların kart sisteminə inteqrasiyasıdır. Bu proses mərhələli şəkildə davam edir. Biz istəmirik bu sərnişinlərə təsir etsin, fasiləsizlik pozulsun. Mu məqsədlə günün müxtəlif hissələrində avtobusları dəvət edirik. Avtobuslarda texniki və kabelləşmə prosesləri həyata keçirilir. İkinci məsələ proqram təminatıdır. Avtobuslar tam kart sisteminə keçdikdən sonra artıq proqram təminatə vasitəsi ilə izləniləcək. Bu proqram təminatı dünyanın qabaqcıl ölkələrində tətbiq olunan proqram təminatıdır. Hazırda proqram təminatının üzərində yekunlaşma işləri görülür. Hər ölkənin özünəməxsus qanunları var. Biz də beynəlxalq təcrübədə sıx istifadə olunan, xüsusilə sürücünün işdə olduğu zaman bütün gördüyü prosesləri proqram təminatında görmək istəyirik. Bu istiqamətdə proqram təminatında işlər gedir. Avtobuslarda kabelləşmə mərhələli şəkildə həyata keçirilir. İlin sonujna kimi bu işləri yekunlaşdırmaq istəyirik. Ola bilsin ki, bir az müddət uzansın".  

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə