Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - VİDEO

Abbas Səhhətin kirayədə yaşayan nəvəsi - VİDEO
95 yaşlı Qəmərxanım nənə REAL-a danışdı

Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyevanın 94 yaşı bu ilin noyabrında tamam olub. Qəmərxanım nənə şairin qız nəvəsidir. Daha doğrusu sağ qalan yeganə qızı Dostuxanımın. O biri qızı Ruqiyyə sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən Abbas Səhhət ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.

Bu gün Qəmərxanım nənə yeganə oğlu ilə kirayədə qalır. Yox, bir vaxtlar evləri olub, sadəcə gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir.

Abbas Səhhət Vətən haqqında yazılan ən gözəl şerimizin müəllifidir. Vətən onun sevgili cananı, əcdadının mədhəni, övladının məskəni idi. Vətən həm də hər bir övlad üçün isti ev, yuva deməkdir. 95 yaşlı Qəmərxanım nənə soyuq mənzilinə öz kiçik vətənindən - isti evindən köçmək istəyir. Məncə böyük Abbas Səhhətin ruhunu sevindirəcək kiçik bir addım olardı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə