Girovlar məsələsi ATƏT-in iclasında - VİDEO

Girovlar məsələsi ATƏT-in iclasında - VİDEO
E.Məmmədyarov: "Ermənistan “hamının-hamıya” prinsipindən imtina edir"

ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ də müzakirə olunub.

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın hətta “hamının hamıya” prinsipi əsasında da girovları azad etməkdən inadla imtina etdiyini deyib:

Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşüb. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə, digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir.

Artıq 6 ilə yaxındır ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə 2 ildir heç bir məlumat yoxdur. Girovların ailələri bu məlumatsızlıqdan nigarandırlar:

Qeyd edək ki, 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə “hamının hamıya” prinsip ilə dəyişdirilməsini təklif edib. Amma bu günə qədər Erməni tərəfindən müsbət cavab alınmayıb. Ermənistanda saxlanılan azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə də müraciət edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə