“Papanin“də metro inşası sürətlənib - VİDEO

“Papanin“də metro inşası sürətlənib - VİDEO
Metrostansiyasının gələn il istifadəyə veriləcəyi nəzərdə tutulub

Paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə bir neçə ildir inşası aparılan metro stansiyası üzrə işlər qrafikə uyğun davam etdirilir.

Stansiyanın tikintisinin gələn il yekunlaşdırılacağı gözlənilir.

“Bakı Metropoliteni” QSC-nin perspektiv inkişaf əsaslı və tikintiyə nəzarət departamentinin rəsi Aftandil Bayramov deyir ki, metrostansiyanın deyilən vaxtda təvili üçün işlər sürətləndirilib.

Aftandil Bayramov onu da bildirdi ki, Bənövşəyi xətt üzrə B4 stansiyanın tikintisi də davam edəcək. Artıq bu stansiya üzrə bəzi işlər görülüb. Belə ki,tunellər hazırdır və stansiyanın divarlari vurulub. «Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında, təxminən Semaşko xəstəxanası ilə adı çəkilən kompleksin arasında, «Neptun» marketin yaxınlığında olacaq, oradan bir neçə istiqamətə – kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə