Parlament seçkilərinə hazırlıq - VİDEO

Parlament seçkilərinə hazırlıq - VİDEO
Siyasi partiyalar parlament seçkilərinə hazırlaşır

 Azərbaycanda gələn ilin fevralında keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıqlar başlayıb.

Bəzi siyasi partiyalar seçkilərdə iştirak edəcəklərini bildirirlər. “Ümid” partiyasının sədri İqbal Ağazadə REAL TV-yə açıqlamasında seçkiyə qoşulacaqlarını deyib.

Seçkilərə qatılanlar arasında Vətəndaş Həmrəyliyi Partiyası da var. Partiya sədri Sabir Rüstəmxanlının sözlərinə görə, parlament seçkilərində bir neçə namizədlə qatılmağı nəzərdə tuturlar.

Seçki hazırlığına başlayan siyasi partiyalardan biri də Azərbaycan Demokrat Partiyasıdır. Bu barədə ADP sədri Sərdar Cələoğlu məlumat verib. O bildirib ki, partiyanın yığıncağında növbədənkənar parlament seçkilərinə qoşulmaqla bağlı müzakirə aparılıb. Ümumilikdə partiya seçkidə iştrakı zəruri hesab edir.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Millət vəkili Araz Əlizadə də parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin 5 dekabr tarixli sərəncamı ilə Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə