Bakı Nəqliyyat Agentliyi heyəti Türkiyədə - VİDEO

Bakı Nəqliyyat Agentliyi heyəti Türkiyədə - VİDEO
Sərnişindaşımada qonşu ölkənin təcrübəsi öyrənilir

Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndə heyəti sərnişindaşıma sahəsinin öyrənilməsi və təcrübə mübadiləsi məqsədilə İstanbulda səfərdədir.

Səfərin məqsədi Bakıda yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün Türkiyənin təcrübəsini öyrənməkdir.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti İstanbul Bələdiyyəsinin tabeliyindəki İstanbul Elektrik Tramvay Tunel İdarəetmə Mərkəzinin və bu qurumun nəzdindəki “Metrobüs” Xidmətinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə ictimai nəqliyyat sisteminin idarə olunmasına dair məsələlər müzakirə edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər