“Bir gündə 650 min ağac əkək” - VİDEO

“Bir gündə 650 min ağac əkək” - VİDEO
Ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada 650 min ağac əkilib.

Ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib. SOCAR əməkdaşları 100 min ağac əkib. Hətta 12 min ağac əkilməsi üçün Çilov adasına göndərilib . Bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər