Yevlax-Zaqatala yolu yenilənir - VİDEO

Yevlax-Zaqatala yolu yenilənir - VİDEO
Avtomobil yolu xüsusi əhəmiyyətli 2-ci dərəcəli magistral yoludur

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı təmir-tikinti işləri davam etdirilir.

Qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun ümumi eni 15 metrdir.

Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır..

46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası aparılır. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edəcək.

2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Qeyd edək ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə