Ən güclü güləşçilər müəyyənləşdi - VİDEO

Ən güclü güləşçilər müəyyənləşdi - VİDEO
Son gündə sərbəst güləşçilər 10 dəst medal uğrunda yarışıblar

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub.

Son gündə sərbəst güləşçilər qalibləri müəyyənləşdiriblər. 191 pəhləvan 10 çəki üzrə baş mükafat uğrunda mübarizə aparıb. 57 kq-da Əfqan Xaşalov qızıl medalı boynundan asıb. İntiqam Vəlizadə 61, Əli Rəhimzadə 65 kq-da rəqib tanımayıb.

Ağahüseyn Mustafayevlə Hacımurad Ömərov müvafiq olaraq 70 və 74 kq çəki dərəcəsində fəxri kürsünün zirvəsinə qalxıb.

79 kq-da Abubakr Abakarov, 86-da Osman Nurməhəmmədov ölkə çempionu olub. 92 kq çəki dərəcəsində Şamil Zubairov baş mükafata yiyələnib. Sənan Əlizadə 97, Aydın Əhmədov 125 kq-da qızıl medal qazanıb.

Xatıladaq ki, ilk 2 gündə yunan-roma güləşçiləri ən güclüləri müəyyənləşdiriblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər