“Solğun sevgilər“in premyerası - VİDEO

“Solğun sevgilər“in premyerası - VİDEO
"Oyun" teatrı ilk tamaşasını təqdim edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin incəsənət vasitəsilə cəmiyyətə inteqrasiya məqsədilə həvəskarların təmsil olunduğu “Oyun” adlı teatrını təsis edib.

Əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarIn müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır.

Premyera Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və teatrın birgə layihəsidir.

Əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığı olan tamaşanın premyerasında Mədəniyyət naziri Əbülfəs Qarayev, ƏƏSM naziri Sahil Babayev və digər rəsmilər iştirak etdi.

Görkəmli azərbaycanlı dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur.

Qeyd edək ki, fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində obrazların çoxusu həvəskarlar tərəfindən canlandırılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər