Qəbələdə yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Qəbələdə yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Ağdaş sakini, 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlu aldığı xəsarətlərdən ölüb, Qəbələ rayon sakinləri - 1990-cı il təvəllüdlü Abdürrəhmanov Bəyalı Bəylər oğlu və 1978-ci il təvəllüdlü İbayeva Nurlana Yədulla qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə