Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REAL-a verilən məlumata görə, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Tibbi-meteoroloji proqnoz dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi dekabrın 9-da arabir güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 8-də axşam, 9-da, əsasən, şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi dekabrın 9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə