Çindən ABŞ-a cavab - VİDEO

Çindən ABŞ-a cavab - VİDEO
Pekin ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq edir

Çin Xalq Respublikası ölkə ərazisində çalışan ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin bildirib ki, bu qərar Tramp administrasiyasının Çin diplomatlarının ştat, yerli və bələdiyyə rəsmiləri ilə görüşməzdən əvvəl Dövlət Departamentini mütləq məlumatlandırma ilə bağlı oktyabrdan tətbiq etdiyi məhdudiyyətə cavab olaraq qəbul edilib. Çin tərəfi Amerika Birləşmiş Ştatlarının diplomatlarına da eyni məhdudiyyəti tətbiq edir. Artıq bununla bağlı Birləşmiş Ştatların Pekindəki səfirliyinin məlumatlandırılıb.
Rəsmi Pekinin ABŞ da daxil olmaqla, xarici diplomatların Çində qanunlar çərçivəsində normal fəaliyyətinə həmişə dəstək verdiyini və bunun üçün lazımi şəraiti yaratdığını bildirən Çin rəsmisi Birləşmiş Ştatları səhv addımlarını dərhal düzəltməyə və Çin diplomatlarına tətbiq olunan məhdudiyyətləri ləğv etməyə çağırıb.
Amerika Birləmiş Ştatlarının Prezidenti Donald Tramp “Tvivver” səhifəsində Dünya Bankının Çinə kredit verməyi dayandırmalı olduğunu bildirib. O, Çinin pulunun çox olduğunu, ona görə də Çinə kredit verməyi dayandırmaq lazım olduğunu bəyan edib.

Çinin bir neçə vilayətində meşə yanğınları baş verib. Ölkənin cənubundakı Quandun vilayətində dağ meşələrində baş verən yanğın güclü küləyin təsiri ilə 200 hektardan çox əraziyə yayılıb. Yanğın zonasına yaxınlıqda yerləşən yaşayış məntəqələrindən təxminən 1100 nəfər təxliyə edilib. Ərazidən keçən bi rneə avtomobil yolu bağlı elan edilmişdi. Yanğının söndürülməsinə qonşu vilayətlərdən də daxil olmaqla minlərlə yanğınsöndürən cəlb olunub. Üç gündən sonra yanğını nəzarət altına almaq mümkün olub.
Yenə Çinin cənubunda yerləşən Qunasi Cuan Muxtar Rayonunda baş verən meşə yanğını səbəbindən yaxınlıqda yerləşən ahıllar evindən 85 nəfər təxliyə edilib. Yanğın yaşayış məntəqələrinə yaxın ərazidə baş veridyindən sakinlərin həyatı üçün təhlükə yaranıb. Amma yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb və təhlükə sovuşub. Bildirilir ki, bu yanğın təbii hadisə yox, insan tərəfindən törədilmiş bir hadisədir. Artıq yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Çinin cənub-qərbindəki Quycou vilayətində isə 37 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib. Avtomagistralın Sişuy qəzasından keçən hissəsində baş verən hadisə nəticəsində 23 nəfər yaralanıb. Qəzaya dumanlı hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması və görmə məsafəsinin xeyli azalması səbəb olub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəzadan bir neçə saat sonra yolda avtomobillərin normal hərəkəti bərpa edilib.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə