Pambıq yığımı yekunlaşır - VİDEO

Pambıq yığımı yekunlaşır - VİDEO
Son illər ərzində ən çox pambıq bu il yığılıb

Azərbaycanda pambıq yığımı tam şəkildə yekunlaşmaq üzrədir, pambıq qəbul məntəqələrinə 294 min tona yaxın pambıq təhvil verilib. Bu, ötən illə müaqyisədə 32,5 faiz çoxdur. Ən çox pambıq Ağcabədi, Saatlı, Sabirabad, Bərdə və Beyləqan rayonlarında yığılıb.

Bunu REAL-a açıqlamasında KTN-in mətbuat katibi Vüqar Hüseynov bildirdi.

O qeyd etdi ki, 2013-ci ildən başlayaraq ən çox pambıq 2019-ci ildə yığılıb.

Qeyd edək ki, pambıq yığımında yüksək məhsuldarlğın əldə olunmasında əllə yığımın minimuma endirilməsi mühüm rol oynayır.

Belə ki, bu il pambıq sahələrinin 93 faizi texnika vasitəsilə yığılıb.

Ümumilikdə, sahələrə 469 pambıq yığan kombaynerlər cəlb olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər