İqtisadiyyat nazirinin müavini:İndiyə qədər Azərbaycan və Rusiya arasında 200-dən çox sənəd imzalanı

İqtisadiyyat nazirinin müavini:İndiyə qədər Azərbaycan və Rusiya arasında 200-dən çox sənəd imzalanı

“Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur”.

“Report” xəbər verir ki bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iqtisadyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, indiyə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.

“Azərbaycan Rusiyanın regionda ən mühüm ticarət tərəfdaşıdır. Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticarət əməliyyatlarının 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında ticarət əlaqələri gündən-günə inkişaf edir. Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə I yerdə qərarlaşıb”, - N.Səfərov qeyd edib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə