Dini kitabların sərgisi - VİDEO

Dini kitabların sərgisi - VİDEO
Dini maarifləndirmədə ədəbiyyatın yeri və rolu müzakirə olundu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu" adlı konfrans keçirilib. Konfrans Dövlət Komitəsinin rəhbərliyi, Bakıdakı mərkəzləşmiş kitabxanaların və nəşriyatların direktorları, din xadimləri iştirak ediblər. Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı çıxış edib. O, qeyd edib ki, tədbirin əsas məqsədi din sahəsində nəşr olunmuş kitabların ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Konfransda həmçinin, dinşünaslıq ekspertizasına təqdim olunan dini məzmunlu ədəbiyyatların ekspertizası, bu sahədə nəşriyyatların üzərinə düşən vəzifələri barədə müzakirələr aparılıb. Sərgidə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, eyni zamanda, dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitablar nümayiş olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə