Sumqayıt təcrübi imtahan meydançası - VİDEO

Sumqayıt təcrübi imtahan meydançası - VİDEO
Bu meydançada imtahan prosesi tam avtomatlaşdırılıb

Sumqayıt təcrübi imtahan meydançası təmirdən sonra artıq tam qaydada avtomatlaşdırılıb.Burdakı imtahanların hər biri avtomatlaşdırılmış qaydada aparılır.

Qeyd edək ki,sürücülük imtahanı iki hissədən ibarətdir: nəzəri imtahan və təcrübi imtahan.Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır.Hazırki təcrübi imtahan meydançası ilə indi imtahan vermək isə daha da asanlaşıb.

Sürücü tam rahat şəkildə maşına əyləşir və məntəqədə yerləşən pult vasitəsilə idarə olunur.Ordan sürücüyə komanda verildikdə artıq sərbəst şəkildə sürücü meydançada sərbəst şəkildə hərəkət etməyə başlayır.Hərəkət zamanı sürücünün topladığı ballar isə komputerə köçürülür və nəticədə finiş xəttinə çatandan sonra avtomobildə təchiz olunmuş komputer vasitəsilə sürücüyə imtahandan məqbul və ya qeyri-məqbul qiymət alması barədə məlumat verilir.

Qeyd edək ki, Təcrübi imtahan meydançası təxminən 1 hektar ərazini əhatə edir.Yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur.Qısa zaman ərzində sürücülük vəsiqəsini əldə etmək mümkündür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə