Moskvada poeziya axşamı - VİDEO

Moskvada poeziya axşamı - VİDEO
Rusiyada azərbaycanlı şairənin yaradıcılıq gecəsi keçirilib

Moskvada Azərbaycan diaporunun ofisində Afaq Şıxlının yaradıcılığına həsr olunmuş poeziya axşamı keçirildi. şairənin 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan Diasporunun nümayəndələri, şairlər, yazıçılar, jurnalistlər iştirak etdilər.

Poeziya axşamının aparıcısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov, tədbirin həm Rusiya Azərbaycan diasporunun, həm də Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sıx əməkdaşlığı sayəsində ərsəyə gəldiyini bildirdi.

Azərbaycan Yazıçılar birliyinin Rusiya nümayəndəliyinin rəhbəri Abuzər Bağırov qeyd etdi ki,təbdir şairənin 50 illiyi münasibəti ilə keçirilir və o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təbrik məktubunu oxudu. Məktubda Afaq Şıxlının

Azərbaycan və ümumilikdə türk poeziyasına böyük töhfə verdiyi vurğulandı.

Tədbir çıxışlarla davam etdirildi. Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova, professor Kamran Rüstəmov və digərləri şairənin yaradıcılığında tarixi, Vətənə sevgi hislərinin xüsusi yer tutduğunu, habelə təkcə şairləri deyil, bütün insanları həyəcanlandıran mövzulara toxunulduğunu bidlrdilər.

Öz növbəsində Bütün qonaqlara xoş sözlərə, dəstəyə və onun yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Afaq Şıxlı gördüyü işlərdən, yaradıcılığında əldə etdiyi uğurlardan danışdı və qonaqlar şerlərindən səsləndirdi.

Poeziya gecəsi bədii hissəsində milli saz alətindəki ifalar tədbirə xüsusi rəng qatdı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə