Delimitasiyaya dair görüş - VİDEO

Delimitasiyaya dair görüş - VİDEO
İlin sonunadək Gürcüstanda görüş gözlənilir

Azərbaycan və Gürcüstan arasında sərhədin delimitasiyasına dair ekspertlərin növbəti görüşünün bu ilin sonunadək Gürcüstanda keçiriləcəyi gözlənilir.

Əldə olunan materiallar, yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq.

Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bildiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Ekspertlər sıx və ardıcıl görüşlər keçirirlər. Son görüş iki ay öncə baş tutub. Biz ekspert görüşlərinin davam etdirilməsi razılığına gəldik ki, bizim növbəti iclasın keçirilməsində artıq müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki görüşlərdə irəliləyişlərə nail ola bilməmişdik, ona görə ki, razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi, bunların üzərində işlər davam etdirilməlidir", - deyə X. Xələfov qeyd edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər