“H.Aslanov” stansiyasında vəziyyət - VİDEO

“H.Aslanov” stansiyasında vəziyyət - VİDEO
“Bakı Metropoliteni” QSC: "Hazırda hansısa təhlükə gözlənilmir"

Bakı metrosunun “Həzi Aslanov” stansiyasındakı vəziyyətlə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədovun açıqlamaları ciddi müzakirələrə səbəb olub. O, stansiyanın gələn il təmir olunacağını deyib və bunu metro tunelinin dəmir-beton konstruksiyasında aşınmalarla əsaslandırıb, problemlərin ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Metropoliten rəisinin müavini problemi ağır geoloji vəziyyətlə əlaqələndirib.

Bunun ardınca "Bakı Metropoliteni" QSC yeni açıqlama ilə çıxış etdi. Qurum bəyan etdi ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub. Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin üzünə bağlanması nəzərdə tutulmayıb.

“Həzi Aslanov” stansiyadakı vəziyyəti özümüz görə və tamaşaçılara nümayiş etdirə bilmirik. Çünki “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti çəkiliş qrupumuzu stansiyaya buraxmaqdan imtina etdi. Qurumdan yalnız onu dedilər ki, narahatlığa heç bir əsas yoxdur, hamı stansiyadan rahatlıqla istifadə edə bilər. Əgər “Bakı Metropoliteni”nin rəhbərliyi qərarını dəyişsə və biz stansiyaya çəkiliş üçün buraxılsaq, onda stansiyadakı real vəziyyəti təkcə sözlə yox, həm də görüntülərlə nümayiş etdirəcəyik.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə