Seçkinin siyasi rəngi - VİDEO

Seçkinin siyasi rəngi - VİDEO
Parlament seçkilərində iştirak qərarı verən partiyaların sayı artır

Siyasi partiyalar gələn il fevral ayının 9-da keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarlar qəbul edir. Artıq parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünün müəllifi, hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, Müsavat, Ümid və Ana Vətən partiyaları da seçkidə iştirak edəcəklərini elan ediblər.

Bu gün isə yarışa daha bir partiya qoşuldu. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib.

Hələlik namizədlərin qeydiyyatı mərhələsinə start verilməyib. Bu proses dekabrın 27-də başlayacaq və yanvarın 10-u iş gününün sonunda başa çatacaq. Bu müddətədək seçki marafonuna qoşulan partiyaların da sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurum hələ seçkidə iştirak barədə qərar verməsə də, indidən cığallığa başlayıb və boykot qərarına haqq qazandırmaq üçün bəhanələr axtarır. Təbii ki, tərəfdarlara son bir neçə seçkidə iştirak etməməyin hesabatı verilməlidir. MSK isə bütün partiyaları seçkilərdə iştiraka çağırır.

Parlament seçkilərindən bir qədər əvvəl keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı mərhələsi başa çatıb. 42 minə yaxın adam bələdiyyə üzvü olmaq istəyir. Namizədlər arasında 35 siyasi partiyanın üzvü var. 13 siyasi təşkilat isə seçkilərə partiya olaraq qatılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər