“Asiyanın Qəlbi-İstanbul Prosesi”nə Tacikistan ev sahibliyi edəcək - YENİLƏNİB, VİDEO

“Asiyanın Qəlbi-İstanbul Prosesi”nə Tacikistan ev sahibliyi edəcək - YENİLƏNİB, VİDEO

Konfransda regionda sülh və sabitlik mövzuları müzakirə edilib.

***

16:38

“İŞİD-in Əfqanıstandan tamamilə silinməsi üçün dəstək verəcəyik”

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda keçirilən “Asiyanın Qəlbi-İstanbul Prosesi”nin 9-cu nazirlər toplantısında deyib. 

“Əfqanıstan həssas bir dövrdən keçir. Beynəlxalq toplum olaraq Əfqanıstana 18 ildir etməkdə olduğumuz maddi və mənəvi dəstəyi artırmağımız lazımdır”, - deyə Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub. 2017-ci ildə prosesin toplantısı Bakıda keçirilib və ev sahibliyi Türkiyəyə verilib. Bu gün ev sahibliyi Tacikistana ötürülüb.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər