400 minədək fermer yeni sistemdə - VİDEO

400 minədək fermer yeni sistemdə - VİDEO
Payızlıq əkin bəyanlarının sayı iki dəfə artıb

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və payızlıq əkinlərin bəyan edilməsi prosesi qrafikə uyğun davam edir. Subsidiya alan fermerlərin böyük əksəriyyəti artıq EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaradıblar. Bu günədək yeni sistemdə 400 minədək fermer qeydiyyatdan keçib".

Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qazax və Ağstafa rayonlarında EKTİS-in tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib.

Nazir müavini bildirib ki, bölgələrdə keçirilən maarifləndirici tədbirlər nəticəsində son 10 gündə EKTİS-də payızlıq əkin bəyanlarının sayı iki dəfə artıb:

Nazir müavini fermerləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı meydana çıxan suallarla bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərində yaradılmış xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər