MN: Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi fəaliyyət planına daxil deyil

MN: Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi fəaliyyət planına daxil deyil

“Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”.

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib:

“Çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə