Bakıda beynəlxalq turnir keçirilib - VİDEO

Bakıda beynəlxalq turnir keçirilib - VİDEO
Yarışda 10 ölkənin idmançıları qüvvələrini sınayıblar

Karate üzrə Azərbaycan Open və Qran Pri Baku beynəlxalq turniri başa çatıb.

Bakıda ilk dəfə təşkil olunan yarışa dünyanın 10 ökəsindən 500-ə yaxın idmançı qatılıb. Açıq xarakterli turnirdə ölkəmizi 200-ə yaxın karateçi təmsil edir. Yarışda yeniyetmə, gənclər, böyüklər və veteranlar mükafatlar uğrunda mübarizə aparıblar.

İdmançılarımızın Azərbaycan Opendə etimadı doğrultduğunu deyən Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, qurumun Azrəbaycabdakı rəsmi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, növbəti illərdə də turniri təşkil etməyi planlaşdırdıqlarını bildirib.

Nəticələrə gəlincə, Siyavuş Quliyev, Asim Məmmədov, Elcan Məmmədrzayev, Məhəmməd Allahverdiyev, Süsənbər Həsənzadə, Fidan Həmidova, İnci Əzizova və Renata Ərəbli öz yaş qruqlarında turnirin baş mükafatına yiyələniblər.

Komanda hesabında seçməmiz 1-ci yeri tutub. Moldova kollektivi 2-ci, İraq millisi isə 3-cü pillədə qərarlaşıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə