Qızılcanın qarşısını alan peyvənd - VİDEO

Qızılcanın qarşısını alan peyvənd - VİDEO
Qızılca xəstəliyinə 1 aylıqdan 6 aylığa qədər olan uşaqlar yoluxmur

Qızılca xəstəliyi epidemialoji yayılan viruslar tərəfindən törədilən və sürətlə yayılan yoluxucu xəstəlikdir.

Bu xəstəliyə 1 aydan 6 aya qədər olan uşaqlar tutulmur. Çünki körpələr bu xəstəliyə qarşı imuniteti ana vasitəsi ilə almış olurlar. Qızılca xəstəliyi əsasən 1-4 yaş arası uşaqlarda müşahidə olunur.

Bu kimi simptomlar müşahidə olunursa dərhal həkimə müraciət edib müayinədən keçərək qızılçanın olub olmaması müəyyənləşdirilməlidir. Qızılca xəstəliyinə yoluxan insanların ağız boşluğunda ağ ləkələr əmələ gəlir, buna isə Filatov Koplik ləkələri deyilir. Həmçinin xəstəliyə yoluxan insanların boyun nahiyəsində və sifətində səpkilər başlayır.

Tibb Elmlər Doktoru Professor Suraxay Musayevin sözlərinə görə, qızılca xəstəliyi yoluxan uşaqların və böyüklərin bəzən ciyər və beyin infeksiyalarıda da daxil, ağır fəsadlara gətirib çıxara bilər.

Əsasən peyvəndlənmə aparılmayan uşaqlara bu xəstəlik tez yoluxur və qızılca xəstəliyi peyvəndlənmə aparılmayan ölkələrdə daha çox yayılıb.

Qeyd edək ki, sağlam həyat düzgün peyvəndlənmədən başlayır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə