1.2 mlrd. dollarlıq investisiya - VİDEO

 1.2 mlrd. dollarlıq investisiya - VİDEO
Ş.Mustafayev: "Rusiya ilə ticarət dövriyyəmiz 23 faiz artıb"

"Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 mlrd. ABŞ dolları təşkil edir".

Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb.

Bundan başqa, Baş Nazirin müavini bildirib ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 19%, bu ilin 10 ayında isə 23% artıb.

"İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində işlər aparılır və onların genişləndirilməsi üçün böyük imkanlar var", - deyə Ş. Mustafayev qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində 3 sənəd imzalanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə