Elmar Məmmədyarov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Əlcəzairin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakı qəbul edib.

XİN-dən REAL-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhakı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Əlcəzair arasında iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir Salima Abdelhak etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi və diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər