Azərbaycan-Rusiya əməkdaşlığı - VİDEO, FOTOLAR

Azərbaycan-Rusiya əməkdaşlığı - VİDEO, FOTOLAR
Helikopterlərin təmiri mərkəzinin təməlqoyma mərasimi keçirilib

“Zabrat” aeroportunun ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Yeni vertolyotların əsaslı təmiri və servisi mərkəzi mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan və Rusiyanın dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq.

Layihə “Rusiya Vertolyotları” Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.

Müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkəti və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib.

İstehsal sahəsinin açılışı Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının işçi qrupunun iştirakı ilə baş tutub.

Açılışda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və “R-Farm” Direktorlar Şurasının sədri Alexey Repik, habelə hökumət nümayəndələrinin üzvləri iştirak ediblər.

Bakıda yaradılan “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən birinə çevriləcək. Kompleks 300-dən çox insanı iş yeri ilə təmin etməklə kapsul, blister və flakon istehsalı üzrə ixtisaslaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər